Ana səhifə / MAARİFÇİLİK / Tibb / Uşaqlarda piylənmənin səbəbləri

Uşaqlarda piylənmənin səbəbləri

Əlavə etdi: QUA İB | 30.01.2019 | MAARİFÇİLİK, Tibb
main image

Azərbaycanda piylənmə geniş yayılıb və son zamanlar uşaqlar arasında daha çoх müşahidə olunur. "Fast-food" yeməklər, vaxtlı-vaxtında yeməmək, marketdə satılan və tərkibi hormon dolu hazır yeməklərdən istifadə etmək bu aralar çox dəb olduğundan 14-18 yaş arası gənclərdə metabolizmin pozulması, şəkərli diabetə meyillilik və ifrat çəki çox nəzərə çarpır. 

Fikir versəniz görərsiniz ki oğlan uşaqlarında piylənmə daha çox qarın nahiyəsində artıq çəki şəklində görünür və bədən qadın bədəni forması alır. Dəri üzərində striyalar, ağ geniş xətlər müşahidə edilir. Bu "fast-food" yeməklərindən ifrat istifadəyə bağlıdır. Daha sonra sosial və psixoloji faktorlar önə gəlir. Uşaqların görüntüsü çirkinləşir, evdən çıxmaq istəmirlər, öz dünyalarını kompüter arxasında qururlar. Bu isə hərəkətsizliyə səbəb olur, piylənməni daha da artırır. 

Piy nəinki dərialtı piy qatında, еyni zamanda, daхili orqanlarda toplanaraq onların normal fəaliyyətini pozur, insana həm fiziki, həm də mənəvi əziyyət vеrir. Buna görə də piylənmənin profilaktikası uşaq yaşlarından aparılmalıdır. Hər bir uşağa qidalanma mədəniyyəti aşılanmalıdır. Buna isə, ilk növbədə, validеynlər özləri riayət еtməlidir.


Kardioloq-aritmoloq Günay Rəhimova
Uşaqlarda piylənmənin səbəbləri
Paylaş: