Ana səhifə / MAARİFÇİLİK / Tibb / İnfarktın əlamətləri

İnfarktın əlamətləri

Əlavə etdi: QUA İB | 30.01.2019 | MAARİFÇİLİK, Tibb
main image

Bir çox insan orqanizmində olan ağrıların ürəklə bağlı olmasından şübhələnir. Boyunda, boğazda , kürək və s bu kimi zonalarda olan ağrıların ürəklə bağlı olduğunu zənn edib panikaya düşürlər. Ancaq qeyd edək ki, əgər əlamətlər ürəyinizlə bağlı olarsa, o zaman ağrını siz yanma, göynəmə, acışma şəklində sinə, qollar, kürək, çənə, çiyin və dişlərdə hiss etməlisiniz. Bu əlamətlər isə bir başa miokard infarktı ilə bağlıdır. Belə ki, miokard infarktı anidən döş qəfəsində yanma, göynəmə, açışma şəklində başlayır və ağrılar bəzən kürəyə, alt çənəyə, dişlərə yayıla bilir. Bu zaman insanda ölüm qorxusu yaranır ki, bu da infarktın insanda yaratdığı dözülməz ağrıların şiddəti ilə bağlıdır. Əksər miokard infarkt ağrıları çox zaman yanma şəklində olur. Elə infarktla bağlı müraciət edən pasiyentlərin  çoxu məhz yanmadan şikayət edirlər.


Karidoloq-aritmoloq Günay Rəhimova
İnfarktın əlamətləri
Paylaş: