Ana səhifə / MAARİFÇİLİK / Hüquq / Ailə və hüquq

Ailə və hüquq

Əlavə etdi: QUA İB | 30.01.2019 | MAARİFÇİLİK, Hüquq
main image
   

Şəxslərin ailə qurmasının təşviqi, ər-arvadın ailə münasibətləri çərçivəsində hüquq və vəzifələrini həyata keçirməsinə nəzarət, zərurət olduqda isə yardım və hüquqların bərpası yönündə qanuni müdaxilə edilir. Dövlətin bu ali hüquq və vəzifələri Azərbaycan Respublikası Konstitusiyasından (AR Konstitusiyasının 17 və 34-cü maddələri) irəli gəlir.

Maddə 17. Ailə, uşaqlar və dövlət

 I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

 

Maddə 34. Nikah hüququ

I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.

II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

 

Ailə münasibətlərinin qanuni tənzimetmə mexanizminin əsas vəzifələri isə aşağıdakılardır. Bu isə özünü ailə münasibətləri zamanı qeyri-əmlak öhdəlik və tələbləri kimi qarşımıza çıxır.
– ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
– ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
– ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
– ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
– ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
– uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.

     
Ailə və hüquq
Paylaş: