Ana səhifə / LAHİYƏLƏR / “Məktəblinin kitabı” layihəsi uğurla başa çatdı

“Məktəblinin kitabı” layihəsi uğurla başa çatdı

Əlavə etdi: QUA İB | 31.01.2019 | LAHİYƏLƏR
main image

Dekabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans  zalında "Məktəblinin kitabı" layihəsi çərçivəsində mükafatlandırma  tədbiri baş  tutub.

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə  ədəbiyyata, mütaliəyə  maraq yaratmaq  üçün  AzEdu.az  Azərbaycan  Təhsil  Portalı ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsi uğurla başa çatıb.

QUA-nın sədri Sevinc Fədainin verdiyi məlumata görə, layihə məktəblilərdə kitaba sevgi, müataliə vərdişi yaratmaq, eyni zamanda uşaqların az yaşdan sosiallaşmasına şərait və onlar arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyıb: “Oktyabrın 21-ində başladılan layihə, əslində, noyabrın 21-də başa çatdırılmalı idi, ancaq məktəblilər tərəfindən böyük maraq və istəklərə əsasən vaxtı uzadıldı və dekabrda yekunlaşdırıldı. Layihədə ümumilikdə 60 məktəbli iştirak etdi ki, onlardan 16-sı müxtəlif bölgələrdən, 44-ü isə Bakının məktəblərindən oldu.

Mükafatlandırma  mərasiminə isə Bakıdan, Neftçaladan, Şəkidən, Goranboydan və Ağsudan olan 38 məktəbli şagird qatıldı.  Layihəyə  qoşulan şagirdlər, tədbirdə valideynləri ilə birlikdə tədbirdə iştirak etdilər. Qaliblər və onluğa düşən məktəblilərlə yanaşı, layihənin digər iştirakçıları da sertifikat və kitab hədiyyəsi ilə mükafatlandırıldı”.

Onun sözlərinə görə, layihənin birinci  mərhələsində paytaxt və bölgələrdən olan məktəblilərin fotosu və oxuyub bəyəndikləri bədii əsərlərin siyahısı  QUA  və  AzEdu.az-ın Feysbuk və İnstaqram səhifələrində paylaşılaraq ictimaiyyətə təqdim edilib:

“İkinci mərhələdə isə  QUA və AzEdu.az komandası  tərəfindən  həmin  ədəbiyyat siyahıları  arasından  ən  yaxşı  10  siyahı seçilib. Sonuncu – qaliblərin müəyyənləşdirilmə mərhələsini ictimai şəkildə həyata keçirərək layihənin məqsədinə çatmağa daha çox nail olmuş olduq.  Qalibləri ölkənin dəyərli ziyalılarından ibarət münsiflər  heyəti – Milli Məclisin deputatı  Fazil Mustafa,  türk dünyasının tanınmış şairi Rüstəm Behrudi, naşir, "Altun Kitab" nəşriyyatının rəhbəri  Rafiq  İsmayılov,  "Hədəf" Şirkətləri Qrupunun baş direktoru Şəmil Sadıq,  AYB-nin  gənclər katibi, "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid, şairə Kamalə Abıyeva və uşaq yazıçısı Vüqar Haqverdiyev müəyyən etdi.

Belə ki, onlar ilk onluqa düşən  şagirdlərə oxuduqları əsərlər barəsində suallar verməklə, müxtəlif məzmunlu müzakirələr aparmaqla  iştirakçıları 10 ballıq sistemlə qiymətləndirdilər. Təşkilatçılar olaraq mənim və AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nurinin verdiyi bal toplam bala əlavə olunaraq qaliblər müəyyən edildi. Tədbir çox böyük maraq və coşqu ilə keçdi və münsiflər heyəti, eləcə də məktəblilər və valideynləri layihənin davamlı olmasını arzuladıqlarını bildirdilər. Bir müddətdən sonra layihə daha geniş şəkildə yenidən ictimaiyyətə təqdim ediləcək. Çox sevindiricidir ki, “Altun” və “Hədəf” nəşrlər evinin də layihəyə dəstəyini gördük və bütün iştirakçı məktəblilər məhz bu nəşriyyatların kitabları ilə mükafatlandırıldı.

Qeyd edək ki, layihənin qalibləri  Nurməmmədov Nuran, Quliyev Həsən və Vəlizadə Nihad olub. Layihənin ən böyük iştirakçısı, Xəzər Universitetinin Dünya məktəbinin 9-cu sinif şagirdi Əsədli Nadir isə təxminən eyni balla münsiflərin  fərqləndirdiyi  məktəbli kimi yadda qalıb. Layihənin ən kiçik iştirakçıları Qəmər Babayeva, Yusif Cəbili və Yusif Yaqubov isə tədbirə xüsusi gözəllik qatıb.

Paylaş: