Nigar Sədiyeva | Həkim-pediatr

Beyin bədənin ali qanunverici orqanıdır. Xoşbəxt olmağımızın, ruh halımızın, nə hiss edəcəyimizin qərarını beyin verir. Düzgün qərar vermək və qərarlamızın keyfiyyətini artırmaq üçün sizə bəzi məsləhətlərim var.


1. Həm özümüzün, həm uşaqlarımızın beynini inkişaf etdirmək üçün öyrənmək və mütaliə etmək çox vacibdir. Düşünməyə zaman ayır. Bir müddət öz guşənə çəkil, çox sıx ünsiyyətdən uzaqlaş, içindəki səsi dinlə, ruhunla zaman keçir. Ara-sıra sosial media diyeti et. 


2. Həyati qərarlar vermək mərhələsindəsinizsə, hərəkət edərək düşünün. İnsan beyni ayaqüstə və yeriyərkən 20 faiz daha yaxşı işləyir. 


3. Beynin yuxuya, suya və sağlam qidaya çox ehtiyaci var. Zeytun yağı, dəniz məhsulları, qoz, fındıq, Omeqa-3 və fol turşusu ilə zəngin qidalar demansı azaldır. Bu tələbatı ödənməyən beynin sağlam qərarvermə keyfiyyəti aşağı düşür, depressiyaya girmə riski artır.


4. Sehirli "əgər"lər ilə düşünün. Düşdüyün çətin vəziyyətdə, məsələn, "Mənim yerimdə, Atatürk olsaydı, nə edərdi?" sualını ver özünə.


6. Bəzən zehnin bir şeydə kilidlənir. Düşünə-düşünə qalırsan, amma qərar verməkdə çətinlik çəkirsən. Bu an – verdiyin qərarın həyatının gedişini dəyişəcəyi andır. 


7. İnsanları beyninizlə sevin. Sevgi zəkanın məhsuludur.


Sağlam və gözəl yaşamaq, düzgün qərarlar vermək üçün beyninizi qoruyun. Rutin hiylələrdən qaçın. Sağlam beyinlərlə gözəl dünyaya...