Ana səhifə / MAARİFÇİLİK / Tibb / Siqareti tərgitmək sizin iradənizdən asılıdır

Siqareti tərgitmək sizin iradənizdən asılıdır

Əlavə etdi: QUA İB | 30.01.2019 | MAARİFÇİLİK, Tibb
main image

Dünyada hazırda 1 milyard 100 milyon insan siqaret çəkir. Kişilərin 47 faizi, qadınların 12 faizi siqaretə aludədir. Siqareti tərgitmənin yolları arasında bir neçəsini sadalamaq olar. Akupunktura terapiyası, hipnoz, dərman müalicəsi və s. Ancaq ən önəmlisi insanın öz iradəsidir. Siqareti atmaq istəyənlərin problemləri nələrdir? Siqareti azaltmaq, tamamən kəsmək? Azaldaraq kəsmək deyə bir şey yoxdur. Çünki vücud nikotini əvvəllər aldığı qədər istəyir. Ona görə birdəfəlik tullamaq daha doğru yoldur. Bunun üçün çox ciddi iradə gərəkir. Çünki ətraf mühitdə siqaret çəkən insanlar, əsəb, stress, kilo almaq qorxusu sizin bəhanələriniz ola bilər və zərərli vərdişdən yaxa qurtarmaq uğursuzluqla nəticələnə bilər. Siqareti atanda yaranan əzələ ağrıları, əsəbilik, çox yemək istəyi, yuxusuzluq və s. keçicidir və 72 saatda keçib gedir.

Nikotin ürək vurğularını sürətləndirir, təzyiqi yüksəldir, qanın qatılaşmasını və tromblaşmasını artırır. 
Bununla da ürəyin yükünü və oksigen ehtiyacını artırır. Bütün yanma proseslərində açığa çıxan zəhərli bir qaz olan karbonmonoksid isə qandakı oksigen ilə birləşərək qanda olan oksigen miqdarını salır. Nəticə olaraq nikotin səbəbi ilə oksigenə ehtiyacı artmış ürək qanda yetərli oksigeni tapa bilmir və işi bir az daha çətinləşir. Siqaret çəkməklə birbaşa əlaqəsi olan xəstəlikləri belə bir sıraya düzək:


1. Ağız xərçəngləri
2. Mədə bağırsaq sistemi xərçəngləri
3. Tənəffüs yolu xərçəngləri
4. Ağciyər xəstəlikləri
5. Ürək damar sistemi xəstəlikləri 
6. Xora
7. Sidik kisəsi xərçəngi.

Dünyada hal hazırda 1 milyard 100 milyon insan siqaret çəkir. Kişilərin 47 faizi, qadınların 12 faizi siqaret ə aludədir. Ayrıca son illərdə siqaret çəkən qadınların sayında nisbətən artış var. Bu isə bu həyata yeni gələcək nəsillərin sağlamlığına təsir edir. Son rəqəmlərə görə dünyada ildə 3 milyon insan siqaretə bağlı xəstəliklər səbəbi ilə ölür. İndi yeri gəlmişkən, önəmli bir məsələyə toxunaq. Hər yerdə siqaretin ağciyər xərçənginə gətirib çıxardığı yazılır. Bunu oxuduqca beynimizdən heç siqaret çəkməyn ancaq ağciyər xərçəngindən ölən bir qohumumuz gəlir və beynimiz şübhələrlə doludur. İzahat verim: Ağciyər xərçənginin 4 növü var və bunların da alt qrupları var. Bunların arasında siqaret çəkilməsi ilə əlaqədar olan npvləri daha üstünlük təşkil edir ( 60 %). İkinci bir məsələ passiv siqaret çəkənlərdir, yəni siqaret çəkənin yanında yaşayanlar. Siqaretdən çıxan duman heç bir süzgəcdən keçmədiyi üçün çox təhlükəlidir. Və ən qəribəsi budur ki, siqareti çəkən insan özü də siqaret tüstüsünü təkrar udduğu üçün daha çox zərərə məruz qalır. 

İndi gəlin siqareti atan bir insanın bədənində olan dəyişikliklərdən danışaq. Tam 20 dəqiqə sonar təzyiq və nəbz yerinə gəlir. 8 saat sonra bədən özünü yeniləməyə başlayr. Qan oksigeni normal səviyyəyə qayıdır. 24 saat sonar infarct krizi nisbətən azalmağa başlayar, 1 ildən sonara isə yarı yarıya düşər. 48 saat sonar hissiyyat orqanları işə düşər. Dad və qoxu hissi düzəlir. Dəri özünü yeniləməyə başlayır. 72 saat sonra ağciyər tutumu artar, tənəffüs rahatlayar. 2 həftə sonra pilləkən çıxma, yürüyüş etmə səviyyəsi yüksələr, 1-9 ay içində ağciyər hüceyrələri yenilənər, ağciyər xəstəlikləri riskiazalar. Öskürək və təngnəfəslik keçər. 5 il sonra ağız, boğaz və yemək borusu xərçəngi riski 50 faiz azalar, siqaret çəkən qadın hamiləlikdən öncə və ya hamiləlik sırasında siqaretdən əl çəkərsə hamiləliyin ilk üç ayında erkən doğum riski və çəkisi artıq uşaq doğma riski içməyənlərdəki səviyyəyyə gələr. Sigareti atmanın yolları arasında bir neçəsini sadalamaq olar
Akupunktura terapiyası, hipnoz, dərman müalicəsi və s. Ancaq ən önəmlisi insanın öz iradəsidir. 


Kardioloq-aritmoloq Günay Rəhimova

Siqareti tərgitmək sizin iradənizdən asılıdır
Paylaş: