Milli QHT Forumu (MQF) rəhbərliyi "Qadın Uşaq Akademiyası" İctimai Birliyinin müraciətini müsbət dəyərləndirərək onu üzvlüyə qəbul edib.
Bu haqda təşkilatdan məlumat verilib.
Birliyin sədri Sevinc Fədai təşkilatın rəhbərliyi və üzvləri adından MQF-nin prezidenti Rauf Zeyniyə və təşkilatın İdarə Heyətinə göstərdikləri etimada görə minnətdarlığını bildirib və bu dəstəklə faydalı işlər görəcəklərinə inandığını deyib.
Qeyd edək ki, "Qadın və Uşaq Akdemiyası" İctimai Birliyi sentyabrın 29-da qadınlara və uşaqlara psixoloji, hüquqi, tibbi dəstək olmaq, şəhərdə və regionlarda yaşayan qadınların özlərinə inam yaratmaq, cəmiyyətə inteqrasiya olmalarında dəstək göstərmək, maarifləndirmə işlərinin aparılması məqsədilə təsis edilib.