Ana səhifə / Xəbərlər / Ümumi / Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi dövlət qeydiyyatına alınıb

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi dövlət qeydiyyatına alınıb

Əlavə etdi: QUA İB | 22.04.2021 | Xəbərlər, Ümumi
main image

29 sentyabr 2018-ci il tarixində yaradılan və 3 ilə yaxın bir vaxtda ideya və layihələrini, seminar və tədbirlərini Qadın və Uşaq Akademiyası İctimai Birliyi adı altında hayata keçirən Birlik   20 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.  Birlik Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi adı ilə dövlət qeydiyyatında olan qeyri hökumət təşkilatları sırasına əlavə olunub.


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi qadınlara  və uşaqlara psixoloji, hüquqi, tibbi dəstək olmağa, şəhərdə və regionlarda yaşayan qadınların özlərinə inam yaratmağa,  cəmiyyətə inteqrasiya olmalarına və inkişaflarına dəstək göstərməyə,  həmçinin maarifləndirmə işlərinə davam edir. 


Qeyd edək ki, Birlik bu günə kimi layihələrini və aztəminatlı ailələrə müxtəlif yönümdə yardımlarını üzvlərinin və tərəfdaşlarının könüllü dəstəyi ilə həyata keçirib. 


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi dövlət qeydiyyatına alınıb
Paylaş: