Ana səhifə / UŞAQ DEPARTAMENTİ / Uşaqlar nə istədiklərini bilir - Onları duyaq (Sosial çarx)

Uşaqlar nə istədiklərini bilir - Onları duyaq (Sosial çarx)

Əlavə etdi: QUA İB | 03.06.2021 | UŞAQ DEPARTAMENTİ
main image

Hər bir dövlətin ən önəmli dəyəri uşaqlardır, çünki ölkənin sabahını inşa edəcək və gələcəyini təmin edəcək şəxslər onlardır. Ancaq sabah üçün uşağın bu günündən vaz keçmək olmaz, onların yaddaşında gözəl uşaqlıq xatirələri buraxmalıyıq. Uşaq yetişdirməkdə kəsə yol yoxdur, onları sevməli, dinləməli, duyğu və düşüncələrinə sayğı duymalı, qorumalıyıq. Uşaqları məhz bu sevgi, sayğı və anlayış özünə inanan, güvənən, sağlam düşüncə və xarakterli bir fərd kimi yetişdirir.  


Uşaqlar öz ehtiyaclarını, onların nəyin incitdiyini, nəyin xoş olduğunu çox gözəl şəkildə ifadə edə bilirlər. Onları bu azadlıqlarından məhrum etməyək. Uşaqlarla necə rəftar etməli olduğumuzu bilmək üçün elə onların özünü dinləmək kifayət edir. "Balaca şahzadə" əsərində deyildiyi kimi, yalnız uşaqlar nə istədiklərini bilirlər. Onları duyaq...


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məhz bu mesajın verildiyi sosial çarx hazırlayıb. Sosial çarx "Təmiz dünya"nın sığınacağında çəkilib. 


Çarxı buradan izləyə bilərsiniz.

Uşaqlar nə istədiklərini bilir - Onları duyaq (Sosial çarx)
Paylaş: