Ana səhifə / MAARİFÇİLİK / Təhsil / Birlik sığınacaqda ibtidai sinif dərsləri təşkil edir - FOTO

Birlik sığınacaqda ibtidai sinif dərsləri təşkil edir - FOTO

Əlavə etdi: QUA İB | 02.07.2021 | MAARİFÇİLİK, Təhsil
main image

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində ibtidai sinif dərsləri keçirilməyə başlayıb. 

Dərsləri həftədə iki dəfə olmaqla Birliyin üzvü, ibtidai sinif müəllimi Mətanət Həsənova keçir. 

O, dərs zamanı metodiki və psixoloji cəhətdən hər bir uşağın səviyyəsinə uyğun məqsədli yanaşma sərgiləyir. Əqli, fiziki imkanlarından asılı olmayaraq, imkanları nəzərə alaraq təlimi diferensiallaşdırır. Məşğələlərdə həyata keçirilən didaktik oyunlar, fərziyyə, telefon, güzgü üsulu uşaqların dərsə marağını artırır və qruplaşmağa kömək edir. Həmçinin, kinestetik öyrənmə üslubu ilə uşaqlara çətin vəziyyətdən çıxmağın yolları aşılanır.

Tədris zamanı da uşaqlara sevgi ötürmək və onların üzünə təbəssüm bəxş etmək önəmlidir. Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru... 

Paylaş: