Ana səhifə / LAHİYƏLƏR / Seminar: "Evdə müəllim deyil, valideyn olmalı"

Seminar: "Evdə müəllim deyil, valideyn olmalı"

Əlavə etdi: QUA İB | 30.07.2021 | LAHİYƏLƏR
main image

Qadın və Uşaqların Təşkilinə Dəstək İctimai Birliyi "Valideynlər klubu" layihəsi çərçivəsində növbəti seminar-görüşü təşkil edib. Seminar "Evdə müəllim deyil, valideyn olmalı" mövzusuna həsr olunub.

İnsan həyatında qurulan bütün münasibətlərin əsası valideyn-övlad münasibətləriylə qoyulur. Övladı məktəbli olan valideynlərin müəllim obrazında olması, onların arasında olan emosional münasibəti gərginləşdirir, "rol qarışıqlığı" yaradır. Seminarda bu mövzuyla bağlı danışılıb. Söhbət zamanı dərs yüküylə əlaqədar valideynin evdə müəllimlik etməsinin övladıyla münasibətlərə təsiri, yaratdığı boşluqlar, effektiv öyrənmə üsulları, daxili motivasiya və digər məqamlara toxunulub, müzakirə aparılıb. Görüşdə iştirak edən valideynlər mövzuyla bağlı narahatlıqlarını, fikir və təcrübələrini bölüşüblər.

Seminarı Birliyin psixoloqu, NLP master, təlimçi, uşaq psixologiyası mövzusunda yazılmış “Hər uşağın öz dünyası” adlı kitabın müəllifi Rübabə Mərdanova aparıb.

Paylaş: